...

Avropa-2001-in bürünc mükafatçısına daha bir şans veriləcək

Cəmiyyət Materials 28 Mart 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ May ayında Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşan bodibildinq üzrə Azərbaycan yığması 2001-ci il qitə birinciliyinin bürünc mükafatçısı Yalçın Məmmədovu sıralarına qaytarıb.

Milli Federasiyanın (MF) prezidenti Rauf Bünyatəliyevin Trend ə verdiyi məlumata görə, idmançıya tanınmamış NABA təşkilatının himayəsilə yarışda iştirak etdiyinə görə ömürlük ixtisasdan məhrumedilmə cəzası verilmişdi. Ancaq ona ikinci şans vermək qərara alınıb. "İnsanlar səhvlərdən sığortalanmadığı üçün mən bu qərarı qəbul etdim. Digər tərəfdən, Yalçın bir çox nəticələrə nail olan keçmiş tələbəmdir. O öz səhvini başa düşüb və peşmandır, buna görə də idmançının mükəmməl məşqlərə və üzün illər ölkədaxili və beynəlxalq yarışlarda birgə iştirak etdikləri bodibildinqçi dostlarının yanına qayıtması üçün mən ondan cəzanı götürməyi qərara aldım" - deyə Bünyatəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti