...

Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdirinin səhhəti pisləşib

Cəmiyyət Materials 28 Mart 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə alan Prezidentin İcra Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin səhhəti pisləşib. Bu barədə Muradverdiyevin vəkili Rəşad Mirmehdizadə məlumat verib. Vəkilin sözlərinə görə, səhhəti pisləşdiyindən Muradverdiyev son günlər huşunu tez-tez itirir. O bildirib ki, Muradverdiyev başqa xəstəxanaya köçürülməli və üzərində cərrahiyə əməliyyatı aparılmalıdır.

Müalicə Müəssisəsinin Muradverdiyevin vəkillərinə təqdim etdiyi arayışda onun veltebro-basilyar çatışmazlığı (onurğa sütununun patologiyası), baş beyin magistral damarlarının diffuz-sklerozu (baş beyin damarlarının yayılmış sklerozu), bisirkulyatorensefalopatiya (beyin qan dövranının pozğunluğu əsasında yaranan beyin patologiyası), asteno-depressivsindrom (psixoloji pozğunluq), hipotoniya (təzyiqin aşağı düşməsi), xroniki pankriatid (mədəaltı vəzinin xroniki iltihabı), 12 barmaq bağırsağın xora xəstəliyi, mədəaltı vəzinin tumoru (şişi) xəstəliklərindən əziyyət çəkdiyi göstərilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə A. Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. A. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Xəbər lenti

Xəbər lenti