...

Naxçıvanda yeni cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək

Cəmiyyət Materials 30 Mart 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Naxçıvanda inşa olunan yeni qarışıq tipli cəzaçəkmə müəssisəsi yay aylarında istifadəyə veriləcək. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov Trend ə cümə günü verdiyi açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisəsində tikinti işləri yekunlaşıb. Hazırda müəssisənin texnika avadanlıqlarla təmin olunması məsələsi həll olunur. 450 məhkum üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində kişilərlə yanaşı qadınlar, yetkinlik yaşına çatmayan məhkumlar da saxlanacaq. Müəssisədə həmçinin istintaq təcridxanası da açılacaq. Müəssisə Avropa standartlarına uyğun inşa olunub.

Hazırda Şəkidə və Lənkəranda da qarışıq tipli cəzaçəkmə müəssisələrinin tikintisi aparılır. Gələcəkdə Bakının mərkəzində yerləşən müəssisələrin də şəhər ətrafına və regionlara köçürülməsi nəzərdə tutulur.

Hazırda Azərbaycanda bir həbsxana, 17 cəzaçəkmə müəssisəsi, yetkinlik yaşına çatmayanlar üçün bir məcburi tərbiyə müəssisəsi, məhkumlar üçün bir müalicə müəssisəsi, 15 məntəqə tipli cəzaçəkmə müəssisəsi, 3 istintaq təcridxanası, 14 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası yeri-xüsusi müəssisə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti