...

Prokurorluq Müstəqil Azərbaycan Universiteninin rektoru barəsində cəzanın sərtləşdirilməsini istəyir

Cəmiyyət Materials 30 Mart 2007 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Respublika Prokurorluğu Müstəqil Azərbaycan Universitetinin (MAU) rektoru Abbas Mustafayev barəsindəki hökmdən apellyasiya protesti verib. Bu barədə Trend ə Binəqədi rayon məhkəməsindən cümə günü verilən məlumata görə, prokurorluq Mustafayev barəsində təyin olunan cəzanı yüngül hesab etdiyindən hökmün dəyişdirilməsini istəyir. Apellyasiya protesti Apellyasiya Məhkəməsinə göndərilib.

MAU-nun rektoru Abbas Mustafayev, mühasib Esmira Eyvazova, xəzinədar Şirin Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

A. Mustafayev barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Martın 2-də Binəqədi rayon məhkəməsinin hökmü ilə Eyvazova və Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işinə xitam verilib, Mustafayev isə şərti maliyyə vahidinin 2000 misli məbləğində cərimələnib.

Xəbər lenti

Xəbər lenti