...

Gəncədə üç nəfər HİV virusuna yoluxub

Cəmiyyət Materials 30 Mart 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərindən HİV virusuna yoluxan 2 nəfər müalicə olunmaq üçün paytaxta göndərilib. Bu barədə şəhər Sanitar və Epidemialogiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva məlumat verib.

Onun sözlərinə görə müalicə almağa göndərilənlərin biri qadın, digəri isə kişidir. Müsahib həmçinin əlavə edib ki, 2 QİÇS-li xəstəyə I qrup əlil statusu verilib ki, onlar da təqaüd alırlar. Almaz Tomiyeva qeyd etdi ki, bu ilin 3 ayı ərzində Gəncə şəhərində 3 HİV virusuna yoluxan şəxs qeydə alınıb. Onlardan 2 nəfəri həbsxanadan gətirilən məhkumlardır. Digər bir nəfər isə vərəmdən müalicə olunan xəstədir.

A.Tomiyevanın məlumatına görə, ümumilikdə Gəncədə 35 QİÇS-ə yoluxan xəstə qeydiyyatdadır. Onların 3-ü dünyasını dəyişib. Yerdə qalanlarından 3 nəfəri ailəli, digərləri isə cavan və subaydırlar. Onlar da işləmək üçün Rusiyaya gedənlərdir.

Xəbər lenti

Xəbər lenti