...

Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı arasında saziş imzalanacaq

Cəmiyyət Materials 30 Mart 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı arasında sənəd imzalanacaq. Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Sənəd "Daxili turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycanda yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional yardım" layihəsinin ikinci mərhələsinin başlanması ilə bağlıdır.

İki illik layihənin ümumi büdcəsi 814,000 ABŞ dolları həcmindədir və Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Prqoramı tərəfindən maliyyələşdirilir. Layihə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə nümayəndəsi Bruno Pueza tərəfindən imzalanacaq.

Xəbər lenti

Xəbər lenti