...

AOK başçısı aprelin ilk ongünlüyündə Azərbaycana gəlməyi planlaşdırır

Cəmiyyət Materials 31 Mart 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Xikkin Bakıya səfəri aprelin ilk ongünlüyünə planlaşdırılır. Azərbaycan MOK prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi məlumata görə, ali qonağın paytaxta gəlməsi 8-9 aprelə təxmin edilir, ancaq onun səfər vaxtı hələ də dəqiqləşdirilir. " Onun səfər vaxtını hələlik dəqiq demək olmaz, ancaq bu səfər mütləq baş tutacaq. Xüsusən də ki, Xikki özü Azərbaycana gəlmək istəyini dəfələrlə bildirib və bizə səfər etmək onun proqramına daxil edilib. Onun səfərinin yalnız bir neçə təfsilatını dəqiqləşdirmək qalıb. AOK başçısı eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyi planlaşdırır. O, həm də Masallıda Olimpiya kompleksinin təntənəli açılış mərasimində iştirak edəcək" - deyə Hüseynzadə bildirib.

Xəbər lenti

Xəbər lenti