...

Dövlət Komitəsi: Rusiyada azərbaycanlıların əksəriyyəti sənədlərini qaydaya salıb

Cəmiyyət Materials 2 Aprel 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyada əcnəbi ticarətçilərin fəaliyyətinə qoyulan qadağaların icrasına başlanılması ilə bağlı azərbaycanlıların kütləvi şəkildə bazarlardan çıxarılması halları yoxdur. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov məlumat verib.

Səlimov bildirib ki, Rusiyada miqrantların hüquqi statusuna dair yeni qanun çıxarılandan sonra bu ölkədə yaşayan soydaşlarımızın əksəriyyəti sənədlərini qaydaya salıb, qeydiyyata düşüblər: "Biz mütəmali olaraq Rusiyada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Onların böyük əksəriyyətinin problemləri yoxdur, sənədləri qaydasında olmadığından fəaliyyəti məhdudlaşdırılanların sayı isə çox cüzidir"-deyə Komitə rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti