...

Azərbaycan öz vətəndaşlarına Şengen vizasının verilməsi prosedurunu sadələşdirmək istəyir

Cəmiyyət Materials 2 Aprel 2007 14:59 (UTC +04:00)
Azərbaycan  öz vətəndaşlarına Şengen vizasının verilməsi prosedurunu sadələşdirmək istəyir

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Şengen viza zonasının bir sıra dövlətləri Azərbaycan turistləri üçün problemlər yaradır. Bu baradə bazar ertəsi Bakıda jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bəyan edib.

Onun sözlərinə görə, nazirliyə daxil olan məlumata əsasən, bir sıra Avropa dövlətlərinin konsulluq şöbələri Avropa ölkələrinə turist turları həyata keçirmək arzusunda olan Azərbaycan vətəndaşlarına viza vermir. "Hazırda nazirlik vətəndaşlarımıza vizanın verilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı Avropa dövlətlərinin səfirlikləri ilə danışıqlar aparır", deyə nazir məlumat verib. Prosesə Azərbaycanın Xarici İşlər Nazirliyi də cəlb olunub.

Nazirin sözlərinə görə, Azərbaycana bir milyondan çox turistin gəlməsi nəzərdə tutulub. Bu göstərici ötən ilki göstəricidən çoxdur. Yaxın üç il ərzində isə turizmin inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi nəticəsində ölkəyə gələcək turistlərin sayı üç milyondan çox olacaq, - deyə Qarayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti