...

Naxçıvanda Tələbə Qəbulu Komissiyasının yeni binası açılacaq

Cəmiyyət Materials 2 Aprel 2007 18:20 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir F.Zeynalov/ Naxçıvanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) regional şöbəsi üçün bina inşa olunacaq. Naxçıvan MR Təhsil Nazirliyindən bazar ertəsi bildiriblər ki, artıq bununla bağlı ilkin hazırlıq işlərinə başlanılıb və tikinti işləri Naxçıvan şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinə tapşırılıb.

İdarənin iş icraçısı Rəşid Tağıyev quruculuq tədbirlərinin 540 kvadratmetr ərazidə aparılacağını deyib. Bunun üçün köhnə bağça binasının tamamilə sökülərək yenidən inşa olunacağını deyən Tağıyev regional şöbənin 2 mərtəbədən 8 otaqdan ibarət olacağını bildirib. Binanın layihəsinə əsasən, ilk mərtəbədə sənəd qəbulu, iş otağı və arxiv otaqları, ikinci mərtəbədə isə 3 iş və kompüter otaqları yerləşəcək. Binanın inşası başa çatdıqdan sonra həyətyanı ərazidə abadlıq işlərinin aparıması, yaşıllıq zolağının salınması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti