...

Azərbaycan güləşçiləri Moskvada Yunan-roma qaydası üzrə 4 mükafat qazanıblar

Cəmiyyət Materials 3 Aprel 2007 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Gənclər arasında Yunan-roma güləşi üzrə Azərbaycan komandası Moskvada keçirilən beynəlxalq turnirdə 4 mükafat qazanıblar. Trend ə verilən məlumata görə, heyətin tərkibində ən yaxşı nəticəyə 42 kq-dək çəkidə özünü sınayan Fərid Mirzəyev nail olub. Bütün gücünü səfərbər edərək o, finala çıxıb və burada güzəştə gedərək 2-ci yeri tutub. Digər 3 mükafatçı isə Məhərrəm Babayev (35), Qurbanəli İslamov və Tural Həsənzadədir. Adları çəkilən son 2 idmançı 38 kq-da bürünc medala layiq görülüblər.

Qeyd etmək lazımdır ki, məşqçi Ələsgər Ələsgərovun rəhbərlik etdiyi komanda "Neftçi" idmançılarından təşkil edilib. Turnirdə Ukrayna, Özbəkistan və Rusiyanın digər regionlarından 150 pəhləvan iştirak edib.

Xəbər lenti

Xəbər lenti