...

BOK Bakının 2016-cı il oyunlarının təşkili ilə bağlı ərizəsini qeydiyyata alıb

Cəmiyyət Materials 3 Aprel 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Beynəlxalq Olimpiya Komitəsi (BOK) Bakının 2016-cı il Yay Oyunlarının təşkil edilməsi ilə bağlı ərizəsini artıq rəsmi qeydiyyata alıb.

Trend ə verilən məlumata görə, potensial iddiaçıların qeydiyyatı artıq başa çatıb və növbəti mərhələ Bakıya xüsusi sorğu vərəqəsinin göndərilməsi olacaq. Oraya idman obyektlərinin vəziyyəti, bütövlükdə dövlətin və şəhərin maliyyə imkanları, olimpiya və yeni meydanların tikilməsinin biznes-planı da daxil olmaqla müxtəlif mövzularda bir çox suallar daxil olacaq. Bu sənəd iddiaçı şəhərlərin bütün imkanlarını müəyyən edir. Bütünluklə mümkündür ki, sorğu vərəqəsinə respublikada idmanın ümumi səviyyəsi, iqtisadi vəziyyəti, bu və ya digər növünün məşhurluğuna aid suallar da daxil olacaq. Bu sənəd Olimpiadanın təşkil edilməsi üçün ilk ərizə verən Azərbaycana bir ay müddətində göndəriləcək.

Xəbər lenti

Xəbər lenti