...

Moskva şəhər hökuməti ilə Azərbaycan diaspor təşkilatları arasında üçtərəfli saziş bağlanıb

Cəmiyyət Materials 3 Aprel 2007 13:54 (UTC +04:00)
Moskva şəhər hökuməti ilə Azərbaycan diaspor təşkilatları arasında üçtərəfli saziş bağlanıb

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Moskva şəhər hökuməti ilə burada yaşayan Azərbaycan diasporu arasında üçtərəfli saziş bağlanıb. Bu barədə Ümurusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının rəhbəri İlqar Hacıyev məlumat verib.

Bazar ertəsi təşkil olunan mərasimdə Sazişi Moska şəhərinin regionlararası əlaqələr və milli siyasət Komitəsinin rəhbəri Aleksey Aleksandroviç, Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti Məmməd Əliyev, "Azərros" Cəmiyyətinin sədri Söyün Sadıqov imzalayıblar. Həmçinin Moskva şəhərinin hökumət nümayəndələri və Azərbaycan diaspor qurumları rəhbərlərindən ibarət daimi Komissiya yaradılıb. Komissiyada Rusiya Federal Araşdırmalar Bürosunun Moskva şəhər daxili işlər idarəsinin rəisi Vladimir Pronin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi Aleksandr Selikov, ÜAK-dan İqlar Hacıyev, "Azerros"dan S.Sadıqov daxildir. İ.Hacıyevin sözlərinə görə, daimi Komissiyanın ayda bir dəfə toplantıları keçirilməsi nəzərdə tutulur.

Sazişin şərtlərinə görə, Moskvada yaşayan azərbaycanlı miqrantların üzləşəcəyi problemlər araşdırılmalı, həmçinin onların sənədlərini yalnız daxili işlər idarəsi nəzdində yaradılmış xüsusi şöbənin əməkdaşları yoxlamalı, qalan polislər, patrul xidməti miqrantları incitməməlidir. Həmçinin müxtəlif cinayətlərin törədilməsinə görə qafqazlıların mənfi obrazının yaradılmasına son qoyluması, eyni zamanda yeni iş yerlərinin açılması, üçulduzlu otellərin tikilməsi və digər məsələlər razılaşma sənədində əksini tapıb.

Xəbər lenti

Xəbər lenti