...

Nizami Rayon Polis İdarəsi 23-cü polis bölməsinin sabiq rəisinin məkəməsi yenə təxirə salınıb

Cəmiyyət Materials 3 Aprel 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu gün Ali Məhkəmədə hakim Zeyqəm Hüseynovun sədrliyi ilə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətovun kassasiya şikayəti üzrə məhkəmə prosesi növbəti dəfə baş tutmayıb. Bu barədə Trend ə çərşənbə axşamı Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Bir qrup hüquq müdafiəçisi isə Mədətovun işinin obyektiv araşdırılması üçün bu məsələnin nəzarətə götürülməsi xahişi ilə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan M. Mədətov cəza çəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirib.

Xəbər lenti

Xəbər lenti