...

Ədliyyə naziri yanında İctimai Komitənin toplantısı keçirilib

Cəmiyyət Materials 3 Aprel 2007 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Ədliyyə naziri yanında İctimai Komitənin bu gün keçirilən toplantısında ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero və Andreas Buş iştirak edib. İctimai Komitənin üzvü Çingiz Qənizadə çərşənbə axşamı Trend ə açıqlamasında bildirib ki, toplantıda İctimai Komitənin fəaliyyəti müzakirə edilib. Belə bir komitənin yaradılmasını müsbət qiymətləndirən Herero Komitə üzvlərinin Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında da monitorinqlər aparmasınsı vacib hesab edib. O qeyd edib ki, bu problemin həllində İctimai Komitəyə yardım göstərəcək.

İclasda Qeyri-Hökumət Təşkilatlarına polis idarələrinin müvəqqəti saxlanma yerlərində monitorinqlər keçirilməsinə icazə verilməsi üçün daxili işlər naziri Ramil Usubovun razılıq verdiyi bildirilib.

ATƏT-in Bakı ofisinin rəhbəri İctimai Komitənin normal fəaliyyəti üçün binanın, texniki avadanlıqların ayrılmasına yardım göstərəcəyini vəd edib.

Xəbər lenti

Xəbər lenti