...

Hollandiyada iki azərbaycanlı rəssamın sərgisi keçiriləcək

Cəmiyyət Materials 5 Aprel 2007 12:55 (UTC +04:00)

Belçika, Brüssel/ Trend müxbir R.Tağıyev/ Hollandiyanın Rijswijk şəhərində Azərbaycanın istedadlı rəssamları Vəfa Rüstəmova və Rasim Hüseynovun sərgisi keçiriləcək. Bu barədə Trend in Brüsseldəki xüsusi müxbirinə Benelüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının (BATƏŞ) fəxri prezidenti Fuad Hümbətov məlumat verib.

Hümbətovun bildirdiyinə görə, sərgi aprelin 11-də keçiriləcək. Sərginin təşkilatçısı Hollandiyada fəaliyyət göstərən "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımovadır.

Xəbər lenti

Xəbər lenti