...

İnsan alveri ilə məşğul olan Sumqayıt sakini tutulub

Cəmiyyət Materials 5 Aprel 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alveri ilə məşğul olan Sumqayıt şəhər sakinini tutublar.

Aparılan araşdırmalar zamanı Sonabəyim Rüstəmovanın gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyduğu müəyyən edilib. Hazırda istintaq Rüstəmovanın qanunsuz əməllərindən zərər çəkmiş qadınların dairəsini müəyyənləşdirir.

Xəbər lenti

Xəbər lenti