...

Hüseyn Abdullayev həkim müayinəsindən imtina edib

Cəmiyyət Materials 5 Aprel 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Millət vəkili Hüseyn Abdullayev bu gün Ədliyyə Nazirliyi Səhiyyə İdarəsinin həkimləri tərəfindən müayinə olunmaqdan imtina edib. Bu barədə Trend ə cümə axşamı Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev məlumat verib.

Mehdiyev deyib ki, Abdullayevin vəkilinin tələbi ilə bu gün həkim briqadası millət vəkilini müayinə etmək üçün istintaq təcridxanasında olub. Müayinədən imtina edən Abdullayev bu hərəkətinin səbəbini açıqlamayıb. Mehdiyevin sözlərinə görə, Abdullayev bir müddət öncə tibbi müayinədən keçirilib və səhhəti kafi qiymətləndirilib. İdarə rəisi bildirib ki, Abdullayevin səhhəti ilə bağlı ciddi problemi yoxdur.

Vəkil Kamandar Nəsibov isə Trend ə bildirib ki, Abdullayevin səhhəti ağırdır və təcridxanada ona tibbi yardım göstərilmir: "Qısa müddətdə Penitensiar Xidmətin rəhbərliyi bu istiqamətdə tədbir görməzsə, İstintaq Təcridxanasının və Penitensiar Xidmətin rəhbərliyini məhkəməyə verəcəyəm. Bu, Abdullayevə qarşı işgəncədir".

Xəbər lenti

Xəbər lenti