...

Gəncədə şəkərli diabet xəstələrinin sayı artıb

Cəmiyyət Materials 5 Aprel 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V. Məmmədov/ Bu il Gəncədə 179 şəkərli diabet xəstəsi qeydə alınıb. Bu barədə cümə günü Gəncə şəhər Endokrinoloji Xəstəxanasının baş həkimi Süleyman Piriyev məlumat verib.

Onun sözlərinə görə, yanvar-mart aylarında şəkərli diabet xəstəliyinə tutulanların sayı ötəni ilin müvafiq dövrü ilə müqayisədə 40 nəfər çoxdur. Ötən ilin yanvar-mart aylarında şəkərli diabetlərin sayı 139 nəfər olub. Bu il şəkərli diabet xəstəliyinə tutulanlardan 23-ü 14 yaşına çatmayan yeniyetmədir. Piriyev bildirib ki, hazırda Gəncədə 5523 şəkərli diabet xəstəsi qeydiyyatdadır.

Xəbər lenti

Xəbər lenti