...

Avropa Azərbaycanlıları Konqresinin fəaliyyət proqramı hazırlanıb

Cəmiyyət Materials 6 Aprel 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramı hazırlanıb. Bu barədə Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Natiq Ağamirov məlumat verib.

Cümə günü Bakıda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində Natiq Ağamirovla AAK-ın keçmiş rəhbəri və fəxri prezidenti Bahəddin Kaya ilə arasında görüş keçirilıb. Görüşdə AAK-ın bu il martın 10-da Bakıda keçirilmiş II qurultayının nəticələri və təşkilatın gələcək fəaliyyəti müzakirə edilib. B.Kaya AAK-a rəhbərlik etdiyi dövr ərzində təşkilatın Avropadakı Azərbaycan diasporunun fəaliyyəti istiqamətində gördüyü işlər haqqında məlumat verib. N.Ağamirov AAK-ın yaxın üç ili əhatə edən fəaliyyət proqramı layihəsinin hazırlandığını deyib. Layihədə təşkilatın ən müxtəlif sahələrdə həyata keçirəcəyi tədbirlər və üzərinə düşən vəzifələrlə bağlı müddəalar əksini tapıb.

Ağamirov bildirib ki, bu layihənin hazırlanmasında məqsəd AAK-ın fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olmaq, Avropadakı diaspor təşkilatlarının işini daha təkmil səviyyədə koordinasiya etməkdən ibarətdir. Ağamirov əlavə edib ki, sənəd layihəsi AAK İcraiyyə Komitəsinin yaxın vaxtlarda keçirilməsi gözlənilən iclasında ətraflı müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti