...

Belarusun təhsil naziri Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 7 Aprel 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Belarus Təhsil nazirlikləri ali təhsil müəssisələrinin diplomlarının qarşılıqlı tanınması barədə məsələyə baxacaqlar. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, məsələ Belarusun təhsil naziri Aleksandr Radkovun Azərbayacana səfəri zamanı diqqət mərkəzində olacaq.

Nazirlikdən qeyd ediblər ki, ekspertlər artıq səfərə hazırlıqla bağlı işlərə başlayıbalar. Səfərin bu ilin aprel-may aylarında baş tutması planlaşdırılıb. Səfər zamanı tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin yaradılması imkanlarını, tələbə və müəllim mübadiləsi məsələlərini, həmçinin birgə elmi tədqiqatların keçirilməsini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti