...

İşgəncələr Əleyhinə Komitənin sədri Zakir Nəsirovla görüşüb

Cəmiyyət Materials 7 Aprel 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün Bayıldakı 1 saylı İstintaq Təcridxanasında DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovla görüşüb. Behbudov şənbə günü Trend ə bildirib ki, Nəsirov saxlanma şəraitindən və təcridxanada ona olan münasibətdən şikayət etməyib. Behbudov sabiq idarə rəisinə işgəncələr verilməsi ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib. Nəsirov məhkəmənin qərəzli aparılmasından və hökmdən şikayət edib. O, məhkəmənin hökmündən apellyasiya şikayəti verdiyini bildirib.

Behbudov Nəsirovun səhhəti ilə bağlı problemi olmadığını deyib.

Çoxsaylı qətllərdə, adamları girov götürməkdə ittiham olunan Nəsirov məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti