...

Teleradio Şurasının sədri: "Hökumətlərarası anlaşma olarsa, Rusiya kanallarının Azərbaycanda yayımı davam etdirilə bilər"

Cəmiyyət Materials 7 Aprel 2007 14:37 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Hökumətlərarası anlaşma olarsa, Rusiya kanallarının Azərbaycanda yayımı davam etdirilə bilər"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Rusiya kanallarının ölkədə yayımına müsbət rəy verərsə, Teleradio Şurası bunu nəzərə alıb həmin kanalların Azərbaycanda kabelsiz yayımına icazə verə bilər. Bu barədə şənbə günü Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

O qeyd edib ki, bütün dünyada teleradio yayımı sahəsində həyata keçirilən beynəlxalq standartlar Azərbaycanda da tətbiq olunacaq. Xarici telekanallar yalnız peyk və kabel vasitəsi ilə yayımlanacaq. Rusiyanın Azərbaycan ərazisində yayımlanan iki telekanalına (RTR- planeta və ORT) iyulun 10-dək vaxt verilib. İyuldan onların yerli tezliklərdə yayımı dayandırılacaq və kabel, peyk vasitəsi ilə həyata keçiriləcək.

Məhərrəmlinin sözlərinə görə, əgər Azərbaycan hökuməti Rusiya ilə hökumətlərarası razılaşma əldə edərsə, Teleradio Şurası dövlət siyasətini həyata keçirməyə borcludur: "Yəni, bu məsələ artıq Azərbaycan və Rusiyanın hökumətlərarası müzakirələrindən asılıdır. Həmçinin Azərbaycan prezidenti dövlətin başçısıdır, dövlətin siyasəti ilə bağlı bütün məsələlərə münasibət bildirə bilər. Əgər dövlət rəhbərliyi hesab edərsə ki, Rusiyanın hansısa kanalı Azərbaycanda yerli kanallar kimi yayımlansın, biz prezidentin sərəncamlarını yerinə yetirməliyik".

Məhərrəmli qeyd edib ki, Azərbaycanın maraqları qorunarsa, bu şərtlər daxilində Rusiya kanallarının yayımını davam etdirmək olar. Yəni, Azərbaycan birtərəfli qaydada üzərinə öhdəlik götürməməlidir.

Xəbər lenti

Xəbər lenti