...

Gəncə meri: "Direktorlar üzərində nəzarət gücləndirilib"

Cəmiyyət Materials 9 Aprel 2007 11:25 (UTC +04:00)
Gəncə meri: "Direktorlar üzərində nəzarət gücləndirilib"

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov onun Bakı meri vəzifəsinə təyin ediləcəyi barədə yayılan məlumatları təkzib edib. Bu barədə Trend ə eksklüziv açıqlama verən E.Əzizov bildirib ki, Bakının meri olmaq arzusunda belə deyil: "Mən artıq beşinci ildir ki, Gəncənin icra başçısı işləyirəm və özümü gəncəli kimi hiss edirəm. Mənim ürəyimdən Bakının icra başçısı olmaq arzusu keçmir".

İcra başçısı Gəncədə məktəb direktorlarının fəaliyyətindəki mənfi halların qarşısını almaq məqsədilə nəzarətin gücləndirildiyini də qeyd edib və bildirib ki, hazırda Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə monitorinqlər aparılır. Onun sözlərinə görə, işi yeni prinsiplər əsasında qurub fəaliyyətinə davam edən direktorlara daha səmərəli şərait yaradılır. İcra başçısı bildirib ki, ötən il Gəncədə üç məktəb direktoru dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti