...

Azərbaycanın Səhiyyə Nazirliyi dərman reklamı üzərində nəzarəti gücləndirib

Cəmiyyət Materials 9 Aprel 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Aprelin 1-dən etibarən Səhiyyə Nazirliyi televiziya kanalları vasitəsilə dərman preparatlarının reklamı üzərində nəzarəti gücləndirib.

"Dərman vasitələri haqqında" qanuna əsasən televiziya kanalları vasitəsilə dərman preparatlarının reklamı qadağan olunub. Buna baxmayaraq televiziya kanalları buna riayət etmər",-deyə səhiyyə naziri Oqtay Şirəliyev nazirlikdə keçirilən iclas zamanı bildirib. Bu barədə nazirliyin məlumatında göstərilib. Nazir hesab edir ki, bütün farmaseptika sahəsində fəaliyyət üzərində nəzarət gücləndirilməlidir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev 2007-ci ildə əczaçılıq şəbəkəsindən götürülmüş dərman seriyasından 88 adda dərmanın saxta olduğunun aşkarlandığını bildirib. O qeyd edib ki, rayonlarda lisenziya ilə fəaliyyət göstərən 868, Bakı şəhərində 589, Gəncədə 56, Sumqayıtda 25 aptek lisenziya ilə topdansatışla məşğuldur. Dövlət nömrəsi altında fəaliyyət göstərən apteklərə gəldikdə onların sayı Bakıda 197-dir, rayonlarda isə 400-dən çoxdur.

Saxta və keyfiyyətsiz dərmanların yoxlamalarını İnnovasiya və Təchizat Mərkəzinin həyata keçirdiyini qeyd edən nazir müavini regionlarda nəzarət inspeksiyası filiallarının yaradılacağını, onların avtomobillərlə təmin olunacağını, əhalinin saxta və keyfiyyətsiz dərmanlarla bağlı şikayətlərinə baxmaq üçün qaynar xəttin fəaliyyət göstərəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti