...

Azərbaycanın sabiq səhiyyə naziri məhkəmədən bəraət istəyib

Cəmiyyət Materials 10 Aprel 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İrsanov və onunla birlikdə təqsirləndirilən digər 10 nəfərin məhkəməsi çərşənbə axşamı təqsirləndirilən şəxslərin son söz söyləmələri ilə davam etdirilib.

Əli İnsanov son çıxışında ona qarşı irəli sürülmüş ittihamların sifarişli və qondarma olduğunu söyləyib. O, son çıxışında qeyd edib ki, ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz özəlləşdirmə, rüşvət alma ittihamları məhkəmə istintaqında sübuta yetirilməyib. Onun və vəkillərinin dəfələrlə məhkəmə qarşısında qaldırdıqları vəsatətlərin təmin olunmaması isə məhkəmənin qərəzli keçməsinə bir daha sübutdur.

Ə.İnsanov bildirib ki, məhkəmədə dinlənilən şahid ifadələrindən də məlum oldu ki, əslində istintaq sənədlərində göstərilmiş qanunsuz özəlləşdirmələri Dövlət Əmlak Komitəsi həyata keçirib və Səhiyyə Nazirliyinin belə bir səlahiyyəti olmayıb. Sabiq səhiyyə naziri məhkəmədən bütün bunları nəzarə alaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edb. Məhkəmə iclası təqsirləndirilən şəxslərin son sözü ilə davam edir.

Ə.İnsanovla bağlı məhkəmənin hökmü aprelin 20-də elan ediləcək.

Xəbər lenti

Xəbər lenti