...

Qanunsuz dövriyyədən müxtəlif növ narkotik maddələr çıxarılıb

Cəmiyyət Materials 10 Aprel 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Cari ilin birinci rübündə respublikada qanunsuz dövriyyədən 131 kiloqrama yaxın müxtəlif növ narkotik maddə çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 775-ə yaxına cinayət faktı qeydə alınıb. Bu barədə Səbayel rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Azərbaycan Pedaqoji Universitetində çərşənbə axşamı keçirdiyi "Səbayel rayon gəncləri sağlam həyat tərzi seçir" mövzusundakı elmi-praktik konfransda məlumat verilib. Bildirilib ki, ötən ilin məlumatlarına görə, ölkədə 19 min 704 narkoman qeydiyyata alınıb. Onların 487-i gənclər, 308-i qadınlar, 11-i isə azyaşlılardır.

Səbayel rayonu ərazisində isə cari ilin birinci rübündə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 32 fakt aşkarlanıb, qanunsuz dövriyyədən 600 qram müxtəlif növ narkotik maddə çıxarılıb.

Tədbirdə Səbayel rayonunun əlaqədar qurumlarının rəhbərləri, müvafiq nazirliklərin nümayəndələri də iştirak edib. Çıxış edənlər narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizədə maarifləndirmə və ilkin profilaktik tədbirlərin həyata keçirilməsini vacib sayıblar.

Xəbər lenti

Xəbər lenti