...

Hacı Məmmədovun işinə baxacaq hakim məlum oldu

Cəmiyyət Materials 11 Aprel 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Çoxsaylı qətllərdə, adam oğurluqlarında və digər cinayətlərdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və rəhbərlik etdiyi dəstə üzvərinin barəsindəki hökümdən apellyasiya şikayəti məhkəməyə daxil olub. Apellyasiya Məhkəməsindən çərşənbə günü Trend ə verilən məlumata görə iş hakim Şahin Yusifovun icraatına verilib. İş icraata yeni daxil olduğundan cinayət işi üzrə hazırlıq iclasının baxılacağı tarix hələlik müəyyənləşdirilməyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hacı Məmmədov (əmlakı müsadirə olunmaqla), Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına, Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13, Ədalət Əsədullayev, Novruz Nuriyev 12, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Aqil Hüseynov (maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) və Azər Əliyev 2 il şərti iş alıb. İbrahim Bağırovun isə dövlətə vurduğu ziyanı ödədiyi üçün cərimə barəsindəki cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti