...

Azərbaycanlı şahmatçılar Dünya kubokuna düşmək şanslarını saxlayırlar

Cəmiyyət Materials 12 Aprel 2007 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / Azərbaycanlı şahmatçılar Dünya Çempionatına vəsiqə qazanmaq şanslarını hələ tam itirməyiblər. Trend in xəbərinə görə, Drezdendə keçirilən Avropa Çempionatının 7-ci turundan sonra ən yaxşı göstəriciyə Qədir Hüseynov malikdir. 4,5 xal toplayan şahmatçımız 65-ci yerdə qərarlaşıb. Hüseynov lider ukraynalı Andrey Volokitindən 1,5 xal geri qalır. Ona görə də növbəti turlarda şahmatçımız maksimal bal toplamalıdır. Qeyd edək ki, Hüseynov ilk otuzluğa düşsə, Dünya Çempionatına vəsiqəni əldə etmiş olacaq.

Maraqlıdır ki, Vüqar Həşimovla Eltac Səfərli də 4,5 xal yığıblar. Lakin onların turnir vəziyyəti bir qədər ağırdır. Müvafiq olaraq Həşimov 105-ci, Səfərli isə 112-ci yeri tuturlar. Bununla belə onlar öz vəziyyətlərini düzəldə bilərlər.

Xəbər lenti

Xəbər lenti