...

Azərbaycan və Ermənistan yığmalarının oyununun keçiriləcəyi yeri UEFA müəyyənləşdirəcək

Cəmiyyət Materials 12 Aprel 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycan və Ermənistan yığma komandalarının Avro - 2008 çempionatında seçmə oyunlarının keçiriləcəyi yer naməlum olaraq qalmaqdadır. Trend xəbər verir ki, tərəflərin ziddiyətli mövqelərinə baxmayaraq, razılığın əldə olunması üçün son ümid UEFA-nın mənziil qərargahı Nonda AFFA və FİFA rəhbərlərinin görüşünün keçirilməsi hesab olunurdu. Belə ki, konsensusa gəlmək mümkün olmayıb və bundan sonra yer barədə qərarı Avropa Futbol İttifaqı aprelin 18-də Kardifdə İcraiyyə Komitəsində qəbul edəcək.

Qeyd etmək lazımdır ki, əvvəlcədən erməni tərəfinin oyunların İrəvan və Bakıda keçirilməsi ilə bağlı fikrinin dəyişilməzliyini nəzərə alsaq, kompromisin əldə olunması şansları az idi. Təbii ki, bu barədə təklifi rədd edən AFFA oyunların neytral meydanda keçirilməsi variantını təklif edib.

Xəbər lenti

Xəbər lenti