...

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri prezidentə müraciət edib

Cəmiyyət Materials 13 Aprel 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Millət vəkili Hüseyn Abdullayev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov ölkə başçısına müraciət edib. Bu barədə cümə günü Behbudov məlumat verib. Müraciətdə Abdullayevin səhhətini və şəxsiyyətini nəzərə alaraq onun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı və ya zaminliklə əvəzlənməsi xahiş olunur.

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Abdullayev hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Abdullayevin barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti