...

Azərbaycan voleybolçularının "Volero"dakı icarə müddəti bitib

Cəmiyyət Materials 13 Aprel 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov / İsveçrənin "Volero" klubuna verilən Azərbaycan voleybolçuları Oksana Quliyeva və Valeriya Korotenkonun icarə müddəti başa çatıb. Trend in verdiyi məlumata görə, Sürix komandasında yaxşı çıxış edən idmançılarımız "Volero"ya ölkə birinciliyinin qızıl medallarını qazanmağa kömək edib.

Adı çəkilən klub həmçinin Çempionlar liqasının "Dördlər finalı"nı qəbul edir. Lakin voleybolçularımız isveçrəlilərə bu məsələdə kömək edə bilməyəcəklər. Çünki onlar yarışın 1/8 finalına qədər irəliləyən "Azərreyl"in siyahısında yer alırlar.

Onu da əlavə edək ki, Çempionlar liqasının qrup mərhələsinin bombardiri olan Natalya Məmmədova və Yelena Parxomenko İtaliya çempionatında çıxışlarını davam etdirirlər. Burada onlar müvafiq olaraq "Biqmat Sanpaolo Kyeri" və "Megius Padovı" klublarının şərəfini qoruyurlar.

Xəbər lenti

Xəbər lenti