...

Rusiyanın Voloqda vilayətində yaşayan azərbaycanlılara yeni pasportlar veriləcək

Cəmiyyət Materials 14 Aprel 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Rusiyanın Voloqda vilayətində yaşayan azərbaycanlılara Azərbaycan Respublikasının pasportları veriləcək. Bu barədə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğundan məlumat verilib.

Azərbaycanın baş konsulu Qüdsi Osmanovla Voloqda administrasiyası arasında əldə edilmiş razılığa əsasən, yaxın günlərdə vilayətə Azərbaycan nümayəndələri ezam olunacaqlar. Baş konsul və Azərbaycan Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinin Sankt-Peterburqa ezam olunmuş əməkdaşı Voloqdada azərbaycanlıların qeydiyyata düşməsi prosesinə hüquqi yardım göstərmək, onları müvafiq arayışlar və Azərbaycan Respublikasının pasportları ilə təmin etmək üçün sənədləşmə işləri aparacaqlar.

Voloqoda vilayətinin Çerepovets şəhərində yaşayan azərbaycanlıların da həyat tərzi, problemləri və qeydiyyat məsələləri bu şəhərin meri O.Kuvşinnikovla keçirilən görüşdə müzakirə edilib. Baş konsul Q.Osmanov Çerepovets şəhərində yaşayan soydaşlarımızla görüş keçirib, onların sənədləri ilə maraqlanıb.

Xəbər lenti

Xəbər lenti