...

Avropa Gimnastika Birliyinin nümayəndə heyəti yenidən Bakıya səfər edəcək

Cəmiyyət Materials 14 Aprel 2007 11:59 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Avropa Gimnastika Birliyinin (UEG) direktoru Manfred Kuxt və Texniki Komitəsinin prezidenti Xayde Brunederdən ibarət nümayəndə heyəti aprelin 15-də Bakıya gələcək.

Federasiyadan Trend ə verilən məlumata əsasən, ali qonaqlar yayda Bakıda keçiriləcək Avropa Çempionatının Təşkilat Komitəsinin iclasında iştirak edəcək, yarışın keçiriləcəyi H.Əliyev adına İdman-Konsert kompleksinə baxış keçirəcək, "Lider" teleşirkətinin nümayəndələri ilə görüşəcəklər. Həmçinin UEG məmurları Azərbacyandan olan həmkarları ilə işçi görüşəcək və ilk dəfə Bakıda keçiriləcək qitə birinciliyinə hazırlıq predmetinə əsasən bütün lazımi infrastrukturu qiymətləndirəcəklər.

Qeyd etmək lazımdır ki, UEG ilə AGF arasında Avropa çempionatının keçirilməsi ilə bağlı müqvilə imzalanan zaman M.Kuxt və X.Bruneder artıq paytaxtda olublvr.

Xəbər lenti

Xəbər lenti