...

Azərbaycanın Qobustan həbsxanasında məhkumlar aclığa başlayıb

Cəmiyyət Materials 16 Aprel 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında ölüm cəzası və ömürlük azadlıqdan məhrum edilmə cəzası çəkən bir qrup məhkum 3 gündür aclığa başlayıb. Ömürlük cəzaya məhkum edilmiş Dəyanət Kərimovun bacısı Nübar Kərimova bazar ertəsi Trend ə bildirib ki, qardaşı və onunla eyni korpusda cəza çəkən 30-dan çox məhkum da aclıq edir. Kərimovanın sözlərinə görə, bu gündən isə ölüm cəzası ömürlüklə əvəzlənmiş 86 məhkumun hamısı aclıq aksiyasına qoşulacaq. Onun sözlərinə görə, bütün məhkumlar aclığa başlayacaqları barədə həbsxana rəhbərliyinə ərizə ilə müraciət ediblər. Məhkumların tələbi isə barələrindəki ömürlük azadlıqdan məhrumetmə cəzasının 15 ilə endirilməsi ilə bağlıdır. Kərimova bildirib ki, bu gün AŞPA-nın sessiyasında Azərbaycanla bağlı dinləmələrin keçiriləcəyindən xəbərdar olan məhkumlar aksiyanı da məhz bu səbəbdən sessiyanın gedişi ərəfəsində başlayıblar.

Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov Qobustan həbsxanasında məhkumların aclıq aksiyasına hazırlaşdığını qeyd edib. Lakin aksiyanın başlanması barədə məlumatdan xəbərsiz olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti