...

Müəssisə rəisi Mirzə Sakitin aclığa başladığını təsdiqləmir

Cəmiyyət Materials 16 Aprel 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ "Azadlıq"ın həbsdə olan əməkdaşı Mirzə Sakitin bu gündən aclıq aksiyasına başlaması barədə məlumatı jurnalistin cəza çəkdiyi 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi təsdiqləmir. Bu barədə bazar ertəsi Trend ə müəssisənin rəisi Ərşad Həsənov məlumat verib. Həsənov bildirib ki, Mirzə Sakitin səhhəti ilə bağlı heç bir problem yoxdur. Əgər səhhətində hansısa problem olarsa, o , xəstəxanaya köçürüləcək və lazımi müalicəni alacaq.

Məhkumun vəkili Vüqar Xasayev isə Sakitin aclıq aksiyasına başlamasından xəbərsizdir.

Lakin məhkumun ailə üzvləri onun aclıq aksiyasına başlayacağı haqda ərizəni dünən həbsxana rəhbərliyinə təqdim etdiyini və bu gün səhərdən isə aclığa başladığını bildirib.

Sakit müalicə olunması üçün xəstəxanaya yerləşdirilməsini tələb edir. O, ürək ağrılarından və oynaq xəstəliyindən əziyyət çəkir.

Sakit ötən ilin iyununda narkotik maddənin qeyri-qanuni saxlanması ittihamı ilə həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il azadlıqdan məhrum edilib. Aprelin 24-də isə Ali Məhkəmədə onun barəsində çıxarılan hökmdən kassasiya şikayəti veriləcək.

Xəbər lenti

Xəbər lenti