...

Vaşinqtonda "Erməni yalanlarına son!" şüarı altında mitinq keçiriləcək

Cəmiyyət Materials 16 Aprel 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ABŞ-ın paytaxtı Vaşinqtonda türk diasporu erməni yalanlarına etiraz olaraq Ağ Evin qarşısında mitinq keçirəcək. Bu barədə Vaşinqtonda fəaliyyət göstərən türk dərnəklərindən məlumat verilib.

Etiraz aksiyası aprelin 22-də saat 13.00-dan 17.00-dək keçiriləcək. "Erməni yalanlarına son!" şüarı altında keçiriləcək aksiyaya Azərbaycan diasporunun nümayəndələri də qatılacaq. Tədbirin təşkilatçılarından biri Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəridir.

Qeyd edək ki, ermənilər hər il aprelin 24-də qondarma "erməni soyqırımı" adlı hadisəni qeyd edir, tarixi saxtalaşdıraraq Türkiyəyə qarşı əsassız iddialarla çıxış edirlər.

Xəbər lenti

Xəbər lenti