...

Ölkənin baş pediatrı Mərkəzi Avrasiya Dövlətləri Neonatoloqları İttifaqının baş katibi seçilib

Cəmiyyət Materials 16 Aprel 2007 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend S.Babayeva / Azərbaycanın baş pediatrı Nəsib Quliyev Mərkəzi Avrasiya Dövlətləri Neonatoloqları İttifaqının baş katibi seçilib. Bu barədə Azərbaycanın Səhiyyə Nazirliyindən məlumat veriblər. Quliyev bu posta Mərkəzi Avrasiya Dövlətləri Neonatoloqları İttifaqının təsis konfransında təyin edilib.

Qeyd edək ki, yaradılan qurumun başlıca vəzifəsi "1000 illiyin məqsədləri çərçivəsində" 2015-ci ilədək uşaq ölümünün 3 dəfə azaldılmasına nail olmaqdır. Təsis konfransı zamanı qərara alınıb ki, ittifaqın toplantıları 2 ildə bir dəfə keçirilsin.

Xəbər lenti

Xəbər lenti