...

Bakıda keçiriləcək EFBB Konqresinin gündəliyi təsdiqlənib

Cəmiyyət Materials 18 Aprel 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Z.Səfərov/ Mayda Bakıda keçirilməsi nəzərdə tutulan Avropa Bodibildinq Federasiyası (EFBB) Konqresinin gündəliyi təsdiqlənib. Trend in xəbərinə görə, protokola əsasən toplantı iştirakçıları qarşısında Federasiyanın prezidenti Rafael Santoxa çıxış edəcək və ötən müddətdə görülən işlərlə bağlı hesabat verəcək. Həmçinin burada qitədə kulturizmin inkişafı ilə bağlı məsələlər, eləcə də Tyumen (Rusiya) və Serbiyanın müvafiq olaraq veteranlar arasında dünya çempionatına və qadınlar arasında qitə birinciliyinə hazırlıqları müzakirə olunacaq. Konqresin sonunda isə Beynəlxalq Bodibildinq Federasiyasının rəhbəri Santoxa bu idman növünün inkişafında rolu olan şəxsləri EFBB-in mükafatları ilə təltif edəcək.

Xatırladaq ki, bu konqreslə eyni vaxtda Bakıda bodibildinq və bodifitnes üzrə Avropa çempionatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti