...

Azərbaycan gimnastları Slovakiyada keçirilən beynəlxalq turnirdə üç medal qazanıb

Cəmiyyət Materials 18 Aprel 2007 13:22 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Şəkinski/Azərbaycan gimnastı Anna Qurbanova Slovakiyada keçirilən beynəlxalq turnirdə üç medal - gümüş və iki tunc medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, ikinci yerə o, final çıxışında iplə çıxışına görə layiq görülüb. Gürz və lentlə kompozisiya üçün final xallar onu yekun protokollarda üçüncü mövqeyə çıxarıb.

"Bratislavada keçirilən turnir iştirakçı tərkibinə görə reytinqli turnirlərdən biri hesab olunur. Mənimlə birgə rusiyalı Yevgeniya Kanayeva, bolqariyalı Elizabet Paisiyeva kimi güclü gimnastlar çıxış edib. Yarışmaların qalibi Kanayevaya rəqib olmaq və hətta Paisiyevanı arxada qoymaq mənə çox xoşdur." - deyə o, təəssüratlarını bölüşüb.

Slovakiyada keçirilən turnirdə qrup yarışmalarında Azərbaycanın yunior komandası da yaxşı çıxış edib. Komanda Bakıdakı Avropa çempionatına səylə hazırlaşır. Nigar Mirzəyeva, Ceyla Quliyeva, Esmira Orucova, Əzizə Səlimbəyova, Cəmilə Hüseynova və Aelita Xələfova həm müxtəlif növlər üzrə yarışda, həm də finalda 5 cüt gürzlə beşinci olub. İlk üç yeri Rusiya, Belarus və Slovakiya, dördüncü yeri isə Yunanıstandan olan kollektiv tutub.

Ölkənin daha bir gimnastı Zeynəb Cavadlı Pribaltikada - Riqada keçirilən beynəlxalq turnirdə çıxış edib. Ən yaxşı nəticələri o, finalda gürz və lentlə göstərərək 8-ci yeri tutub. İlk mükafat isə rusiyalı Marina Şpextə nəsib olub. Zeynəbi qarşıda Moskvaətrafı Novoqorskda təlim-məşq toplantılarının davamı və Avro-2007 ərəfəsində növbəti startlara hazırlıq gözləyir.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti həmçinin qeyd edib ki, Anna Qurbanova Marbelldə (İspaniya) 21-22 aprel tarixdə keçiriləcək Qran-pri seriyasından olan turnirlərdə iştirak edəcək. Bu bazar günləri Sankt-Peterburqda Dünya kuboku oyunu keçiriləcək. Oyunda Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Trepina, Anastasiya Prasalova və Anastasiya Makarovanın iştirak etdiyi ölkənin böyük yaş qrupu komandası çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti