...

Arxeologiya və Etnoqrafiya İnstitutu Qubada aşkarlanan kütləvi məzarlıqla bağlı təkliflər zərfi hazırlayıb

Cəmiyyət Materials 18 Aprel 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurası Quba rayonunda aşkarlanan insan məzarlıqları ilə bağlı aparılan ekspertizanın rəyi barədə qərar çıxarıb. Bu barədə çərşənbə günü Trend ə institutun direktor müavini Nəcəf Müseyibli məlumat verib.

O bildirib ki, bu məsələ ilə bağlı təkliflər qəbul edilib. Təkliflər zərfi Milli Elmlər Akademiyasının rəhbərlinə təqdim ediləcək.

Müseyblinin sözlərinə görə, geniş təkliflərdən ibarət zərfdə araşdırmaların tam aparılması üçün ərazinin geniş sahəsinin qazılması da var.

İlkin ekspertiza zamanı 40-a yaxın insan bədəninin qalıqları aşkarlanıb. Müseybli hesab edir ki, ərazi daha geniş qazılsa, bu rəqəm bir neçə dəfə arta bilər.

Müseybli onu da deyib ki, artıq institutun ekspertləri bir neçə gün öncə Neftçalada aşkarlanan insan bədəninin qalıqlarının ekspertizasının aparmaq məqsədilə bu şəhərə gediblər.

Quba şəhərində də stadionun tikilməsi məqsədilə aparılan qazıntılar zamanı kütləvi şəkildə insan sümükləri aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti