...

"Balıq qiyməsi qarnirlə" zövq məsələsidir

Cəmiyyət Materials 18 Aprel 2007 17:49 (UTC +04:00)

Azərbaycan,Bakı, 18 aprel / müx Trendlife Eldar Hüseynzadə/Delikates yeməyi zövq məsələsidir. Onun haqqında elə danışırlar ki, sanki az tapılan bir şeydir. Dadına baxanda isə maraqlı bir şey tapmırsan. İş ondadır ki, onun özünə məxsus spesifik dadı var. Həqiqətən də delikates elədir ki, onu xoşlamaq onu tez tez dadmaq istəmirsən. Delikates xoşuna gəlməzsə, özlüyündə düşünürsən ki, "delikatesdir də".

Bizdə artıq üç həftədir ki reklamı gedən, hətta iki dəfə şərəfinə mətbuat konfransı keçirilən "Şalom" yəhudi teatrının "Balıq qiyməsi qarnirlə" tamaşası artıq Bakıdadır. "Şalom" teatrının qurluşçu rəhbəri məhşur adamdır. O, Rusiyanın xalq artisti, "Radionənə" verlişinin aparıcısı Aleksandr Levenbukdur. "Balıq qiyməsi qarnirlə" tamaşası məhşur yəhudi lətifələri əsasında qurulub. Gecə müxtəlif musiqi nömrələri ilə davam edib. Tamaşa Musiqili Komediya Teatrının səhnəsində keçirildi.

Teatrda yaxşı yer tapmaq çətin məsələ idi. Ümüd etmək olar ki, bizim teatrlar da təmir edilib abadlaşandan sonra tamaşaçılarımız onlara tez-tez baş çəkməyə başlayacaqlar. Pis vərdişlərdən biri də tamaşaya gecikməkdir. "Qiyməli balıq" tamaşası 20-25 dəqiqə gec başladı. Əlbəttə, günahkarı bizim tamaşaçıların gecikməsi oldu. Hər nömrənin əvvəlində Aleksandr Levenbuk özü səhnəyə çıxırdı. O, müxtəlif yəhudi lətifələri danışır, öz Bakı təəssüratlarını tamaşaçılarla bölüşürdü. Levenbuk gecədə bildirdi ki, "Biz Moskvada deyəndə ki, Bakıya gedirik, hamı bizə paxıllıq edirdi".

"Balıq qiyməsi qarnirlə" nəinki yəhudi mətbəxinin ən dadlı yeməyi hesab olunur, həm də "Şalom" teatrının nəznindəki musiqi qrupunun adıdır. Gecədə artistlər həm rus, həm də ivrit dilində oxuyurdular. Levenbuk bildirdi ki, "Siz özünüz də yəhudi dilində mahnını başa düşərsiz". Əgər yəhudi "Tu-tu-tu" oxuyursa, deməli, o qəmgindir, "La-la-la" oxuyursa, deməli, hər şey yaxşıdır.

Deyim ki , "Balıq qiyməsi qarnirlə" nəyləsə məni təəccübləndirdi, əsla. Bəlkə deliikatesdir, onun üçün? Şans var delikatesi bir də dadaq. Axı tamaşa bu gün də, sabah da səhnədə olacaq.

Xəbər lenti

Xəbər lenti