...

Azərbaycan Dövlət İncəsənət Muzeyindəki oğurluqla bağlı məhkəmə prosesi başlayır

Cəmiyyət Materials 19 Aprel 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Rövşən Mustafayev adına Dövlət İncəsənət Muzeyindən oğurlanmış incəsənət əsərlərini satış məqsədilə xarici ölkəyə aparan Aydın İbrahimov barəsindəki cinayət işi üzrə hazırlıq iclası aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçiriləcək. Bu barədə cümə axşamı məhkəmədən məlumat verilib.

İbrahimova Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 194-cü (bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma), 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

1993-cü ilin iyulunda Dövlət İncəsənət Muzeyindən oğurlanmış 274 ədəd incəsənət əsərlərinin ABŞ-da olduğu müəyyənləşib. Oğurlanmış əsərlərlə bağlı 6 istiqamətləndirmə nəşr olunaraq İnterpola üzv ölkələrə yayımlanıb və birgə aparılan tədbirlər nəticəsində oğurlanmış mədəni sərvətlərin yeri müəyyənləşib. Cinayətdə əli olan bütün şəxslər istintaq tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub. Muzeydəki oğurluqla bağlı prosesdə iştirak edən İbrahimov isə İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib. O, bu ilin sentyabrında ABŞ-dan Azərbaycana gələrək istintaq orqanlarına könüllü təslim olub

Xəbər lenti

Xəbər lenti