...

"Siz dünyanı necə görürsünüz?" sərgisi gəncləri dəvət edir

Cəmiyyət Materials 19 Aprel 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. "Trendlife" R.Şirəliyeva/

"Siz dünyanı necə görürsünüz?" adı altında mayın 12-də Şəkidə incəsənət sərgisi keçiriləcək. "Trendlife"ın verdiyi məlumata görə, tədbirin təşkilatçısı qeyri hökumət təşkilatı "Uluçay"dır, maliyyə dəstəyi isə ABŞ-ın "CHF İnternational" şirkətinə məxsusdur. Layihənin əsas məqsədi gənclərin dünya görüşünü, istedadlı uşaqların sənət işlərini daha geniş ictimaiyyətə çatdırmaqdır.

Adı çəkilən sərgiyə müxtəlif janrlarda işlər təqdim etmək olar. Onu da qeyd edək ki, iştirak etmək istəyənlər öz işlərini mayın 4-nə qədər təqdim edə bilərlər.

Xəbər lenti

Xəbər lenti