...

Gürcüstan azərbaycanlısı özünə qəsd etmək həddinə çatıb

Cəmiyyət Materials 20 Aprel 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı , 20 aprel /müx. "TrendLife" N.Kirtsxalia/ Gürcüstanın Telav rayonunun Qaracala kənd sakini azərbaycanlı Cülnaz Arifqızı özünə qəsd etmək həddinə çatıb. Xanımın sözlərinə görə, səbəb Telav polisinin onu özbaşınalıqda günahlandırmasıdır. O həmçinin bildirib ki, Gürcüstan hüqüq-mühafizə orqanları tərəfindən təzyiqə məruz qalıb. Səbəb isə onun milli mənsubiyyətidir. "Mənim yoldaşımı artıq həbs ediblər, səbəb isə ata mülkündən çıxmamasıdır. Ev əvvəllər yoldaşımın olmayıb, miras kimi bizə verilib" - deyə Arifqızı bildirib və əlavə edib ki, məhkəmə icraçısı David Corcadze və hakim evə aid sənədləri saxtalaşdırıblar: "Mənə qarşı cinayət işi açmaqla məni və uşağımı evdən bayıra atmaq istəyirlər".

Arifqızı kömək üçün qeyri-hökumət təşkilatına müraciət edərək bildirib ki, əgər bundan sonra da təqiblərə məruz qalarsa, özünə və 7 yaşlı qızına qəsd edəcək. QHT işin tezliklə öyrənilməsini və qanunu pozanların cəzalandırılmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti