...

Azərbaycanın mədəniyyət naziri: "Yeni abidə və büstlərə dair təklifər toplusu hazırlanır"

Cəmiyyət Materials 20 Aprel 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq ölkənin park və istirahət guşələrində, küçə və yeni memarlıq komplekslərində yaradılacaq yeni abidələrə, büstlərə dair təklifər toplusu hazırlanır. Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev cümə günü açıqlama verib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, Mədəniyyət və Turizm Nazirliyi bütün memarlıq komplekslərinin təhlilini aparır. Yeni yaradılacaq abidələrin həm zahiri görünüşü, həm mahiyyəti dərindən təhlil edilib, təkliflər verilməlidir. Nazirin sözlərinə görə, Azərbaycanın görkəmli satiriklərinin, onların əsərlərinin baş qəhrəmanlarının, hətta musiqi alətlərimizin belə abidə və heykəllərinin yaradılması mümkündür: "Biz bu haqda düşünürük. Hazırlanan həmin topluda bu təkliflər nəzərdə tutulur".

Xəbər lenti

Xəbər lenti