...

Alişan subaylıq həyatına əlvida deyəcək

Cəmiyyət Materials 21 Aprel 2007 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. "TrendLife" V.İmanov/ Alişan pərəstişkarlarına iki xəbər var: biri sevindirici, o biri isə...Yaxşı əvvəl sevindirici xəbərdən başlayaq. May ayının 4-də "Xəmsə" restoranında Alişanın solo konserti təşkil olunacaq. Alişanın Azərbaycana üçüncü gəlişi nəinki üç saatlıq proqramdan ibarət olacaq, həmçinin konsertdə Alişan sevərləri qeyri-adi sürprizlər gözləyir. Sürpriz nə olacaq, onu müğənni gizli saxlayır. Bu haqda "TrendLife"a konsertin təşkilatçısı və rəhbəri Emin Mansurov xəbər verib. Siz nəinki, Alişanın ifasında türk mahnıları, həmçinin azəri mahnıları da eşidəcəksiniz. Bundan əlavə, o, tək öz repertuarından deyil, tamaşaçıların da istədiyi mahnıları ifa edəcək. Konsertdə bizim cavan estrda ulduzlarından Samir Piriyev, Elton Hüseynəliyev də iştirak edəcək. İndi isə Alişan sevərləri kədərləndirəcək xəbərə keçmək istərdim. İş ondadır ki, bu konsert Alişanın subaylığının sonuncu konsertidir. May ayının 18-də toyu olacaq müğənni bu haqda konsertində məlumat verəcək. Müğənninin gələcək həyat yoldaşı isə məşhur türk şoumeni Məmmədəli Elbirin qızı Sezandır. Onlar Bakıya birlikdə gələcəklər. Belə ki, əziz Alişan sevərlər, konsertdə onun xanımı ilə də tanış olmaq şansı qazanacaqsınız.

Xəbər lenti

Xəbər lenti