...

Şagirdlərə mobil telefon qadağan edilsin?

Cəmiyyət Materials 21 Aprel 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /müx. "TrendLife" F.Sadıxov / Son vaxtlar mobil telefonlardan kütləvi istifadə orta məktəb şagirdlərinə də sirayət edib. Şagirdlər arasında mobil telefon gəzdirmə hallarının çoxalması bəzi məktəb direktor və müəllimlərinin narazılığına səbəb olub. Bu barədə "TrendLife"a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Narazılıq edən məktəb direktorları və müəllimlər bu idarəyə ünvanladıqları müraciətdə şagirdlərə mobil telefon gəzdirməyin qadağan olunmasını xahiş ediblər. Nəsimi, Səbail, Xətai rayonlarından olan narazı müəllimlərin fikrincə, belə hallar dərsin pozulmasına, şagirdlərin təhsildən yayınmasına gətirib çıxarır.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Z.Əliqızının sözlərinə görə, hazırda məktəblərdə mobil telefonlardan istifadəyə dair sorğu keçirirlər. Anonim xarakterli sorğuda şagird və müəllimlərdən məktəblərdə mobil telefondan istifadəyə dair fikir öyrəniləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsi sorğunun nəticələrilə bağlı Dəyirmi masa təşkil etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti