...

"Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktorunun döyülməsi faktı ilə bağlı cinayət işi açılacaq

Cəmiyyət Materials 23 Aprel 2007 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun döyülməsi faktı ilə bağlı bu gün cinayət işi başlanılacaq. Bu barədə bazar ertəsi günü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin müstəntiqi Ramiz Şiriyev məlumat verib. Şiriyev bildirib ki, araşdırmalar yekunlaşmaq üzrədir. Cəfərovun xəsarət dərəcəsi hələlik müəyyənləşmədiyindən, cinayət işinin Cinayət Məcəlləsinin hansı maddəsi ilə başlanacağı hələ müəyyənləşdirilməyib. O, günün sonunadək bu məsələnin həllini tapacağını deyib.

Cəfərov telefon vasitəsilə bildirib ki, bu gün Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə Ombudsman Aparatının nümayəndələri onunla görüşüb. Cəfərovun səhhəti ilə, baş vermiş hadisə ilə maraqlanan nümayəndələr bununla bağlı aidiyyatı qurumlara müraciət edəcəklərini bildiriblər. Cəfərov həmçinin qeyd edib ki, bu gün müstəntiq onunla görüşüb: "Hadisə ilə bağlı ifadə vermişəm. Məni döyənlərdən birini sifətdən tanıyıram. Məhkəmə prosesinin kaseti istintaqa veriləcək. Bundan sonra həmin şəxsin kimliyi müəyyənləşdiriləcək. Müstəntiq bu gün əldə olunan materialların cinayət işi başlanması üçün Yasamal rayon prokurorluğuna təqdim ediləcəyini dedi".

Cəfərov aprelin 20-də gecə saatlarında işlədiyi qəzetin redaksiyasından çıxarkən naməlim şəxslərin hücumuna məruz qalıb. O, ağır bədən xəsarətləri ilə Tibbi Klinik Mərkəzə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti