...

Azərbaycanda havalar kəskin pisləşəcək

Cəmiyyət Materials 23 Aprel 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli / Azərbaycanda hava şəraiti bu gündən başlayaraq aprelin 26-na qədər qeyri-sabit keçəcək, yağış, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, bu müddətdə yağışlar əsasən gecə və axşam saatlarında intensivləşəcək. Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Temperatur 3-5 dərəcə enəcək.

Tağıyeva bildirib ki, yaxın üç gün ərzində Abşeron yarımadasında qeyri-sabit hava şəraiti ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Xəbər lenti

Xəbər lenti